Ru
09:28 / 19 Noyabr 2025

İsrail ordusu “HƏMAS”ı vurdu – Əyn əl-Həlvə düşərgəsinə zərbə endirildi – VİDEO

İsrail ordusu “HƏMAS”ı vurdu – Əyn əl-Həlvə düşərgəsinə zərbə endirildi – VİDEO
Eye

İsrail Ordusu dünən gecə saatlarında Əyn əl-Həlvə düşərgəsində “HƏMAS”a aid təlim kompleksində fəaliyyət göstərən terror kompleksini hədəf alıb.

Bakupost.az xarici mediaya istinadən məlumat verir ki, kompleks “HƏMAS” tərəfindən İsrail qüvvələrinə və dövlətinə qarşı terror planlarının hazırlanması və təlim üçün istifadə olunub.

Zərbə zamanı mülki şəxslərə zərər verməmək üçün dəqiq mərmi, hava kəşfiyyatı və digər informasiya mənbələrindən istifadə olunub.

Hava zərbəsi “HƏMAS” tərəfindən böyük itkilərlə nəticələnib. Zərbənin hədəfi “Fəth” hərəkatının hərbi qanadı, “Şəhidlər Əl-Əqsa” briqadalarının lideri Munir Məqdəh olub.

M.Məqdəh uzun illərdir düşərgədə “Fəth”in hərbi fəaliyyətlərini idarə edir. Zərbədə onun oğlu Həsənin öldüyü bildirilir, lakin özü barədə hələlik rəsmi təsdiq yoxdur.

İsrail ordusu bildirib ki, bundan sonra da “HƏMAS”ın Livandakı mövqelərinə qarşı mübarizəni davam etdirəcək və onları fəaliyyət göstərdikləri hər yerdə hədəf alacaq.




Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar