Biz zəngin tarixi və böyük vicdanı olan böyük bir millətin mənsublarıyıq. Əsrlər boyu yıxılanın əlindən tutduq, dara düşənin imdadına qaçdıq, ölkəmizə sığınanlara qapımızı açdıq.
Bakupost.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mediaya açıqlamasında deyib.
Əllərində əksəriyyəti uşaq olan 73 min məsum qəzzalının qanı olan cinayətkar şəbəkəsini ölkəmizlə bağlı iftiralarına zərrə qədər əhəmiyyət vermirik. Bizim tariximizdə nə zülm, nə qətliam, nə müstəmləkəçilik, nə də soyqırım var. Bizim şanlı tariximizdə mərhəmət var. Dininə, kimliyinə, kökəninə baxmadan bütün məzlumlara əl uzatma var. İnkvizisiya və nasist zülmündən qaçanlara sahib çıxma ərdəmi vardır”, - o bildirib.
Qeyd edək ki, İsrail hökuməti qondarma “erməni soyqırımı”nı tanıyıb və təsdiq üçün Knessetin müzakirəsinə təqdim edib.
Asena,
BakuPost