İstanbulda altımərtəbəli yaşayış binası çöküb.
Bakupost.az xəbər verir ki, bu barədə "A Haber" telekanalı məlumat yayıb.
Bildirilir ki, dağıntılar altında bir ailənin – 5 nəfərin qaldığı ehtimal olunur.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir.
Hadisənin səbəbləri araşdırılır.