Hansı bank etibarlıdır? - SORĞU
Ru
18:10 / 13 May 2023

İsveçdə Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu təsis olundu - FOTO

3802

Mayın 13-də İsveçin paytaxtı Stokholm şəhərində, Radisson otelində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) təsis toplantısı keçirilib.

Bakupost.az xəbər verir ki, toplantıda dünyanın bir çox ölkələrindən - İsveç, Almaniya, Türkiyə, Hollandiya,
Böyük Britaniya, Norveç, İtaliya, Kanada, Ukrayna və Polşanın tanınmış azərbaycanlı diaspor rəhbərləri, iş adamları, ictimai xadimlər iştirak edib. Toplantıya
həmçinin Avstriya, BƏƏ, Monteneqro, Qazaxıstan, Almaniya, Kanada, Gürcüstan, Estoniya, ABŞ və Seneqaldan olan azərbaycanlı diaspor nümayəndələri və iş adamları onlayn qoşularaq layihədə iştiraklarını təsdiq ediblər.

Toplantıda Fondun 21 nəfərdən ibarət İdarə Heyəti formalaşıb, Katiblik institutu,
Layihələr, Media və kommunikasiya departamentləri təsis edilib. Azərbaycan və ingilis dillərində internet resursun, sosial şəbəkələrdə (facebook, insagram, tvitter, teleqram) rəsmi səhifələrin yaradılması qərara alınıb, Fondun loqosu təsdiqlənib.

Təsis toplantısında DABF-nun Baş katibi seçilib.
O, qeyd edib ki, ilkin olaraq yaxın bir ay ərzində Azərbaycanda fəaliyyət göstərən seçilmiş gənc jurnalistlərin Avropanın inkişaf etmiş ölkələrində 6 ay və yaxud da 1 illik təcrübə keçmələri ilə üçün konkret addımlar atılacaq. Məqsəd ölkəmizə qarşı
aparılan informasiya savaşında Azərbaycanın haqlı mövqeyini peşəkar səviyyədə müdafiə etməkdir.
“Seçiləcək jurnalistlərin təhsil və yaşam xərcləri Fond tərəfindən qarşılanacaq” – deyə Baş katib qeyd edib.
Toplantıda həmçinin Azərbaycana maraq göstərən xarici tələbələrin, blogerlərin və jurnalistlərin, tanınmış ictimai-siyasi xadimlərin, parlamentarilərin ölkəmizə
səfərlərinin təşkili müzakirə edilib.
Təəssüflə qeyd olunub ki, xaricdə yaşayan azərbaycanlıların sözdə deyil, əməldə
təşkilatlanması və konkret layihələrlə çıxış etmələri istiqamətində ciddi boşluqlar
var. Xüsusən də indiki zamanda erməni vəhşilikləri, 44 günlük Vətən müharibəsinin
səbəbləri və nəticələri təkcə Azərbaycan dövləti deyil, həm də diaspor təşkilatları
tərəfindən beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır.
Əlavə olunub ki, Fond fəaliyyəti dövründə Azərbaycan dövlətinin diaspor siyasətini
əsas götürəcək.
Toplantıda həmçinin dünyada yaşayan azərbaycanlıların, xüsusən də Cənubi
Azərbaycanda yaşayan soydaşlarımızın pozulmuş hüquqlarının beynəlxalq
ictimaiyyətə çatdırıması yolları müzakirə olunub.
Toplantıda növbəti tədbirin cari ilin noyabrında Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilməsi qərara alınıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar