Ru
01:58 / 16 Noyabr 2019

İsveçlə Finlandiya da AÇ-2020-də - NƏTİCƏLƏR

1941
Futbol üzrə AÇ-2020-nin seçmə mərhələsində 9-cu turun oyunları keçirilir.

BakuPost
"Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün daha 8 qarşılaşma baş tutub.

8-ci turdan AÇ-2020-nin əsas mərhələsinə vəsiqəni təmin edən İtaliya millisi səfərdə Bosniya və Herseqovina ilə qarşılaşıb və darmadağınla qalib gəlib. Finlandiya isə Lixtenşteynlə ev oyunundan qalib ayrılmaqla İtaliyanın ardından qrup ikincisi kimi AÇ-2020-yə vəsiqə qazanıb.

F qrupunun lideri İspaniya yığması isə Maltanı sınağa çəkib və 7 cavabsız qola sevinib. İsveç isə Rumıniyaya səfərdə qalib gəlməklə qitə birinciliyinə vəsiqəni təmin edib.

AÇ-2020-nin seçmə mərhələsi
15 noyabr


J qrupu


Ermənistan – Yunanıstan 0:1
Qol: Lumnios, 34.

Finlandiya – Lixtenşteyn 3:0
Qol: Tuominen, 21. Pukki, 64-pen; 75.

Bosniya və Herseqovina – İtaliya 0:3
Qol: Açerbi, 21. İnsinye, 37. Belotti, 53.


F qrupu

Norveç – Farer adaları 4:0

Qol: Reqiniussen, 4. Fossum, 8. Sorlot, 62; 65.

Rumıniya – İsveç 0:2
Qol: Berq, 18. Kayson, 34.

İspaniya – Malta 7:0
Qol: Morata, 23. Kasorla, 41. Torres, 62. Sarabia, 63. Olmo, 69. Moreno, 71. Navas, 85.


D qrupu

İsveçrə – Gürcüstan 1:0
Qol: İtten, 77.

Danimarka – Cəbəllütariq 6:0
Qol: Skov, 12; 64. Qyutkyer, 47. Breyveyt, 51. Eriksen, 85; 90+4.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər