Ru
19:19 / 30 Dekabr 2016

İtkin düşmüş səfirin meyiti tapıldı - Arvadı şübhəli bilinir

İtkin düşmüş səfirin meyiti tapıldı -  Arvadı şübhəli bilinir
Eye

Rio-de-Janeyroda itkin düşmüş Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridisin meyiti tapılıb.



Trend TASS agentliyinə istinadən xəbər verir ki, məhkəmə tibbi ekspertiza qalıqların diplomata aid olduğunu təsdiq edib.



Braziliya polisi səfirin həyat yoldaşı və daha 3 nəfəri qətldə günahkar hesab edir. Onların həbsi barədə order istənilib.



Məlumata görə, təhqiqatçılar səfirlə həyat yoldaşının qaldığı evdə qan izləri aşkar ediblər. Ehtimal edilir ki, K.Amiridis məişət zəminində qtlə yetirilib və daha sonra onun meyiti binadan çıxarılaraq icarəyə götürdüyü avtomobildə gizlədilib.



Qeyd edək ki, səfirin itkin düşməsi barədə məlumat dünən yayılıb. Sonuncu dəfə diplomat həftənin bazarertəsi görünüb.



Yunanıstan səfirliyi Braziliyanın paytaxtı Braziliada yerləşir. Səfir isə Rio-de-Janeyroya yeni il tətilini keçirməyə gedib.

 

Bakı Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar