Əfqan yeniyetmə Kabildən Dehliyə sərnişin təyyarəsinin şassisində gəlib.
Bakupost.az "Baza"ya istinadən xəbər verir ki, sentyabrın 21-də səhər saatlarında 13 yaşlı uşaq gizlicə KAM Air aviaşirkətinin eniş şassisinin arxa mərkəzi bölməsinə girib. O, 94 dəqiqə davam edən bütün uçuşu orada keçirib.
Yerüstü təhlükəsizlik işçisi oğlanı Dehli hava limanının uçuş-enmə zolağında gəzərkən görüb. Oğlan maraq naminə belə bir macəraya qərar verdiyini, əvvəlcə Tehrana uçmağı planlaşdırdığını, lakin təyyarələri səhv saldığını etiraf edib. Yeniyetmə daha sonra eyni reyslə yenidən Kabilə göndərilib.
Zaur, BakuPost