Rusiyanın Kamçatka diyarında təxminən 10 dəqiqə ərzində beş zəlzələ qeydə alınıb.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların gücü 5, 4.8, 4.8, 5.3 və 6 maqnitudalı olub.
Bütün hallarda yeraltı təkanların hiss edildiyinə dair hələ heç bir məlumat daxil olmayıb.
Yerli vaxtla saat 11:24-də (Bakı vaxtı ilə 3:24) Sakit okeanda Kamçatka yaxınlığında 8.8 bal gücündə zəlzələ baş verib.