Ru
14:07 / 04 Oktyabr 2018

Kanadalı həkim oyuncaq ayını “əməliyyat etdi” – Dünya bu doktordan danışır/ FOTOLAR

Kanadalı həkim oyuncaq ayını “əməliyyat etdi” –  Dünya bu doktordan danışır/ FOTOLAR
Eye

Kanadada xəstəxanaların birində maraqlı hadisə yaşanıb.



BakuPost xarici mətbuata istinadən xəbər verir ki, Daniel Maknelli adlı kanadalı cərrah 10 yaşlı pasiyentindən əvvəl onun oyuncaq ayısını "əməliyyat edib”.

 

Buna səbəb isə anadangəlmə beyin xəstəsi olan uşağın ondan belə bir şeyi istəməsi olub: "Uşaq mənə yaxınlaşdı və onun əməliyyatından əvvəl ayısını sağaltmağımı istədi. Onun bu istəyinə yox deyə bilməzdim. Ayını əməliyyat masasına qoyduq və ona süni oksigen maskasını taxdıq. Daha sonra isə  "əməliyyat”a başladıq. Uşaqlar üçün nə isə etmək çox qürurverici bir şeydir”.



Oyuncaq ayını əməliyyatdan sonra uşaqla eyni palatada yatırdıblar. Həkimin bu hərəkəti təqdir olunub.

 

Картинки по запросу Dr. Daniel McNeely

 



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar