ABŞ Müdafiə Nazirliyi (Pentaqon) uzun mənzilli “Tomaqavk” raketlərinin Ukraynaya tədarükünə razılıq verib.
Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, Pentaqon Ukraynaya veriləcək raketlərin ABŞ ehtiyatlarına ciddi ziyan vurmayacağı qənaətindədir.
“Tomaqavk”ların təxmini mənzili təxminən 1 600 kilometr civarındadır ki, bu da Ukraynaya Rusiyanın dərinliklərində hədəfləri vura bilən yeni imkanlar verə bilər. Bu addımın müharibənin gedişinə təsiri və eskalasiya riski barədə həm Qərbdə, həm Moskva çevrələrində ciddi narahatlıq ifadə olunub.
Bütün bunlara baxmayaraq, çatdırılma Prezident Tramp qərar verdikdən sonra başlayacaq. Administrasiya daxilindəki mənbələrə görə, mümkün təhvil-təslim prosesi hazır planlara əsaslanır, amma rəsmi açıqlama hələ verilməyib.
Bu barədə beynəlxalq və NATO səviyyəsində də müzakirələr davam edir. Ali səviyyədə qərarların verilməsi ayrı-ayrı müttəfiqlərin mövqelərinə və Vaşinqtonun son siyasi qərarına bağlı qalır.
Cavid, BakuPost