Əvvəl tikinti apardı, sonra 10 ay fasilə verdi. Bir avtomobilin çətinliklə keçdiyi küçədə sökülən obyekti yenidən inşa etməyə başladı.
Bakupost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülər Səbail rayonu 20-ci sahə, Oqtay Daşdəmirov küçəsi 64 ünvanındandır. Sözügedən tikilinin yaxınlığında yaşayan sakinlər iddia edirlər kəi tikinti zamanı ərazidəki infrastruktura zərər də vurulub.
Ətrafda yaşayan sakinlərin sözlərinə görə, tikinti zamanı oradan keçən kanalizasiya xətlərinə müdaxilə olunub. Həmçinin yeni tikili yaşayış evlərinə çox yaxın məsafədə inşa edilir ki, bu da tikinti normalarının və təhlükəsizlik qaydalarının kobud şəkildə pozulmasıdır.
Çəkiliş qrupumuzla tikinti aparılan əraziyə yaxınlaşdıqda artıq tikili sökülürdü.
Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.