Ru
07:52 / 01 Noyabr 2025

Tramp Ağ Evin hamamını yenilədi – Tənqid olundu - FOTO

Tramp Ağ Evin hamamını yenilədi – Tənqid olundu - FOTO
Eye

Tramp “Truth Social” hesabında Ağ Evdə yerləşən “Linkoln hamamı”nın tamamilə yeniləndiyini göstərən fotolar paylaşıb. O, hamamın mərmər örtüklərlə “Abraham Linkoln dövrünə uyğun” şəkildə bərpa olunduğunu bildirib.

Bakupost.az CNN-nə istinadən xəbər verir ki, ABŞ Prezidenti paylaşımında, “Ağ Evdəki Linkoln Hamamını yenilədim. 1940-cı illərdə bu otaq Linkoln dövrünə heç də uyğun olmayan art-deko üslubundakı yaşıl kafellərlə təmir edilmişdi. Mən onu qara və ağ cilalanmış mərmərlə bəzədim. Bu, Linkoln dövrü üçün çox uyğun materialdır, hətta orijinal mərmər də elə bu ola bilərdi...”, – yazıb.



Trampın bu paylaşımı hökumətin fəaliyyətinin dayandığı, sosial yardım proqramlarının ləngidiyi və aşağıgəlirli milyonlarla amerikalının çətinlik çəkdiyi bir dövrdə gəlməsi tənqidlərə yol açıb.

Bundan qısa müddət əvvəl də Trampın göstərişi ilə Ağ Evdə 90 min kvadratmetrlik yeni bal zalının tikintisinə başlanmışdı.

Prezident bu layihəni “zəruri yenilik” kimi təqdim etsə də, Demokratlar bunu “lazımsız və israfçı xərcləmə” adlandırıblar.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar