Ru
17:08 / 08 İyul 2025

Kanalizasiya yox, əziyyət çox... – Çirkab sularında boğulan Xızı - VİDEO

Kanalizasiya yox, əziyyət çox... – Çirkab sularında boğulan Xızı - VİDEO
Eye

Xızı rayonu Yeni Yaşma kənd sakinləri çirkab sularından əziyyət çəkirlər.


Onlar Bakupost.az -a müraciət edərək bildiriblər ki, yaşadıqları ərazidə kanalizasiya xətləri yoxdur, çirkab suları insanların həyətlərinə dolur, ağcaqanad əlindən, üfunətdən təngə gəliblər. Onların sözlərinə görə, ərazidə antisanitariya şəraiti mövcuddur.

Şikayətləri nəzərə alaraq, məsələ ilə bağlı Giləzi bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyədən bildirildi ki, Yeni Yaşma kəndinə kanalizasiya xəttinin çəkilməsi nəzərdə tutulub. Lakin bu işin nə zaman həyata keçiriləcəyi məlum deyil.

Problemin kökündə duran səbəbləri aydınlaşdırmaq məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə də əlaqə saxladıq. Qurumdan Bakupost.az -a bildirildi ki, təchizat sistemi olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə şəbəkənin qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb:

“Layihələrin icrası təchizat sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Şəbəkələrin inşası Agentliyin tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır”.

Xülasə, mərhələlərin bitəcəyi tarix məlum olmadığı kimi, sakinlərin də bu əziyyətdən nə vaxt azad olunacaqları bilinmir. Üfunət, xəstəlik riski və insan sağlamlığına təhdid olan bu vəziyyət qeyri-müəyyən vaxtadək davam edəcək.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar