“Güclü Ermənistan” bloku parlament seçkilərində qələbə qazanacağı təqdirdə aztəminatlı ailələrin elektrik və su ödənişlərini ləğv etməyi planlaşdırır.
Bakupost.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə blokun eyniadlı partiyasının şura üzvü, lider Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyan video müraciətində bildirib.
Onun sözlərinə görə, bu məqsədlə xüsusi fond yaradılacaq və sosial cəhətdən həssas ailələrin kommunal xərcləri həmin fond vasitəsilə qarşılanacaq.
“Yoxsulluğun aradan qaldırılması fondu” diaspor ermənilərinin ianələri hesabına maliyyələşdiriləcək. Karapetyan bu mexanizmin yoxsulluqla mübarizədə mühüm addım olacağını bildirib.
Samvel Karapetyan isə təqdim olunan proqramlara zəmanət verdiyini və komandasının elan etdiyi layihələrin icrasına inandığını açıqlayıb.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri 7 iyun tarixində keçiriləcək. Seçkilərdə 16 partiya və 2 siyasi blok iştirak edəcək.
Bu Karapetyan Nizami Süleymanov kimi gopa basır
Qarapetyana üstün dəstəklənən RF alternativ *RF namizədi* olmasaydı *Güclü Ermənistan*ın vədlərinin reallığına inanmaq olardı! Məgər, azı iki dövlətə qarşı anti-konstitusion xəyanət *Miatsum!* terrorunun durdurulması, mühakiməsi əvəzinə ola bilsin ki, müdafiə olunan Azərbaycanın ödənişləri işğal terrorçularına da kreditə əlavə hərbi silahlar istehsalına imkan-şans-dəstək deyildimi? Bəlkə, BMT Ədalət Məhkəməsi, ya NATO, ya RF, MDB, ya KTMT gündəlik hərbi atəşlərlə dəstəklənən hərbi işğalçı Ermənistanın, *toxunulmaz Koçaryan terror yuvası*nın silahlandırılmasına embarqo, sanksiya qoymuş, ya rəsmi Bakı veto rica etmişdi?