Ru
12:30 / 23 Dekabr 2025

Kasparov haqqında məhkəmə qərarı – Dünya çempionu terrorizmin təbliğində ittiham olunur

Kasparov haqqında məhkəmə qərarı – Dünya çempionu terrorizmin təbliğində ittiham olunur
Eye

Moskva şəhəri məhkəməsi şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov haqqında həbs qərarı çıxarıb.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, onun barəsində terrorizmin ictimai şəkildə təbliği və ya əsaslandırılması ittihamı irəli sürülüb. Maddə üzrə 7 ilədək həbs cəzası mümkündür.

Kasparov hazırda xaricdə yaşayır və uzun müddətdir Rusiyanı tənqid edən fəal kimi çıxış edir. O, daha əvvəl “xarici agent” statusu ilə ekstremistlər siyahısına daxil edilib.

İttihamın dəqiq səbəbləri və sübutları hələ açıqlanmayıb. Hazırda məhkəmə prosesi davam edir və qərarın qüvvəyə minməsi şahmatçının Rusiyaya gətirilməsindən sonra mümkün olacaq.

Kasparovun tərəfdarları ittihamları siyasi motivli addım kimi qiymətləndirir. Beynəlxalq insan haqları təşkilatları məsələni diqqətlə izləyir.

Xatırladaq ki, Harri Kasparov 1963-cü ildə Bakıda anadan olub. Atası yəhudi, anası isə erməni əsilli olan Kasparov 1985-ci ildə dünya şahmat çempionu olub. O, 22 yaşında bu titulu qazanan ən gənc dünya çempionu kimi tarixə düşüb. Kasparov təkcə idmançı deyil, həm də siyasi fəal kimi tanınır, xüsusilə Rusiya hakimiyyətinə tənqidi mövqeyi ilə seçilir.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar