Mərhum müdafiə sənayesi naziri Yavər Camalovun ailəsində ağır itki yaşanıb.
Bakupost.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, sabiq nazirin oğlu Elşən Camalovun həyat yoldaşı İradə Camalova dünyasını dəyişib.
Qeyd edək ki, polis polkovniki Elşən Camalov Nizami Rayon Mühafizə Polisi İdarəsinin rəisidir.
Xatırladaq ki, Yavər Camalov uzun sürən xəstəlikdən sonra 2018-ci ildə 69 yaşında dünyasını dəyişib. 2017-ci ildə isə Y.Camalovun 44 yaşlı oğlu Rövşən Camalov Türkiyədəki özəl xəstəxanalardan birində vəfat edib.