Ru
16:17 / 30 Oktyabr 2019

Keçmiş nazirin vəkil nəvəsinə hökm oxundu - Vəkillik fəaliyyəti qadağan edildi

Keçmiş nazirin vəkil nəvəsinə hökm oxundu -  Vəkillik fəaliyyəti qadağan edildi
Eye

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən sabiq vəkil Vüqar Poladov və sabiq müstəntiq Misir Əmirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakupost.az-ın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən V. Poladov 8600 manat, M. Əmirov isə 5600 manat cərimələnib. Məhkəmənin hökmü ilə Vüqar Poladovun vəkillik fəaliyyəti ilə məşğul olması iki il qadağan edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) və 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq)maddəsi ilə ittiham olunur.

Vəkillər Kollegiyasından bildirib ki, V. Poladovun vəkillik fəaliyyəti bir müddət əvvəl dayandırılıb.

Onu da qeyd edək ki, V.Poladov dövlət xadimi, uzun illər Azərbaycan SSR kənd təsərrüfatı naziri olmuş Möhsün Poladovun nəvəsidir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar