Ru
11:42 / 22 May 2026

Kəramətdən Kamal Abdullaya sarkazmlı CAVAB

Kəramətdən Kamal Abdullaya sarkazmlı  CAVAB
Eye

"Xalq yazıçısı Kamal Abdulla deyir ki, qadın evdə oturub uşağa baxsa yaxşı olar. Görünür, Kamal müəllimin maddi imkanı yaxşı olduğu üçün belə düşünür. Necə yəni qadın evdə otursun?".


Bakupost.az xəbər verir ki, bu fikirləri Kəramət Böyükçöl bildirib.


O əlavə edib:


"Mən səhərdən axşama kimi işləyib evə pul gətirməliyəm, o da rahat evdə oturub yeməlidir? Bu nə düşüncədir? Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də. Lox-zadam mən? Həm də işləmək qadını yorur, enerjisi azalır, axşam evə gələn kimi də yıxılıb yatır, evdə sakitçilik olur".


Qeyd edək ki, son günlər deputat Günay Ağamalı və Xalq yazıçısı Kamal Abdullanin ailə, qadının cəmiyyətdəki rolu və “uşaq pulu” ilə bağlı səsləndirdikləri fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.


Lalə, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar