Ru
22:45 / 11 Sentyabr 2025

Kirkin qətlində əli olanların tapılmasına kömək edəcək məlumata görə 100 min dollar təklif olunur

Kirkin qətlində əli olanların tapılmasına kömək edəcək məlumata görə 100 min dollar təklif olunur
Eye

Federal Təhqiqat Bürosu (FTB) sağçı fəal Çarli Kirkin qətlində əli olanların müəyyən edilməsinə kömək edəcək hər hansı məlumat üçün 100 min dollara qədər mükafat təklif edib.

Bakupost.az xəbər verir ki, bu barədə FTB-nin "X" sosial şəbəkə hesabında məlumat verilib.

"FTB Çarli Kirkin qətlinə görə məsuliyyət daşıyan şəxsin (şəxslərin) müəyyən edilməsinə və saxlanmasına gətirib çıxaracaq məlumata görə 100 min dollara qədər mükafat təklif edir", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, siyasi fəal sentyabrın 11-də Yuta universitetində çıxışı zamanı snayper atəşi ilə öldürülüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar