Ru
21:19 / 11 Sentyabr 2025

Qazaxıstanda yol qəzası: 10 zəvvar öldü

Qazaxıstanda yol qəzası: 10 zəvvar öldü
Eye

Qazaxıstanın Mangistau vilayətində baş verən yol qəzasında 10 nəfər ölüb.

Bakupost.az xəbər verir ki, "Toyota Hiace" markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil kanala aşıb. Maşında sərnişinlər olub.

Qəza nəticəsində 8 nəfər yerində, daha 2 nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Sürücü və 2 sərnişin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ölkənin Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi isə bildirib ki, yol qəzasının qurbanları zəvvarlar olublar. Zəvvarlar Beket-Ata pirinə gedirmişlər. Ölənlərin və xəsarət alanların ailələrinə lazımi yardımın göstəriləcəyi vəd edilib. Fəaliyyətlərin əlaqələndirilməsi üçün gecə-gündüz fəaliyyət göstərəcək operativ qərargah yaradılıb.

Daxili işlər naziri cinayət işinin istintaqını şəxsi nəzarətinə götürüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar