Ru
10:13 / 03 Sentyabr 2025

Kiyevdə azərbaycanlı ata-oğul güllələndi - Şok görüntülər

Kiyevdə azərbaycanlı ata-oğul güllələndi -  Şok görüntülər
Eye

Ukraynanın Kiyev vilayətinin Fastiv şəhərində azərbaycanlı ata-oğul güllələnib.

Bakupost.az xəbər verir ki, hadisə 31 avqustda baş verib.

Belə ki, keçmiş hərbçi müharibədə döyüşdüyünü əsas gətirərək bazarda çalışan azərbaycanlılardan endirimlə məhsul almaq istəyib, lakin rədd cavabı aldıqda onları təhqir edib və uzaqlaşıb.

Daha sonra isə üzərində tapanca ilə əraziyə gələrək ata və oğulu güllələyib. Nəticədə 28 yaşlı oğul İsmayıl Fərman oğlu Rəhimov hadisə yerində həyatını itirib, ata isə ağır yaralanıb.

Cinayətlə bağlı Ukraynanın Baş Prokurorluğu hər hansı məlumat yaymayıb.

Olay Ukraynada yaşayan azərbaycanlılar arasında ciddi rezonans doğurub.

Ata və oğlunu güllələyən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Lakin ehtimal edilir ki, orduda xidmətlərinə görə onun cəzası yüngülləşdirilə bilər.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar