Ru
12:41 / 31 May 2019

Kiyevdə insult keçirən Milli Qəhrəmanımız vətənə döndü - FOTO

Kiyevdə insult keçirən Milli Qəhrəmanımız vətənə döndü  - FOTO
Eye



Ukraynanın paytaxtı Kiyev şəhərində insult keçirən Milli Qəhrəmanımız Zabit Quliyev vətənə dönüb.



BakuPost xəbər verir ki, Milli Qəhrəmanımızı Borispol Beynəlxalq Hava Limanında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və səfirliyin əməkdaşları yola salıb. 



Milli Qəhrəmanın müalicəsi Bakıda davam etdiriləcək. Artıq xəstə kritik vəziyyətdən çıxıb. Son günlər ayaqlarını sərbəst hərəkət etdirir.

Qeyd edək ki, tədbirlərdə iştirak etmək üçün Kiyevə gələn Z.Quliyevin səhhəti mayın 9-da qəflətən pisləşib. O, dərhal xəstəxanaya yerləşdirilib.



Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı əsasında Milli Qəhrəmanımızın müalicəsi ciddi nəzarətə götürülüb. 



Kiyevdə insult keçirən Milli Qəhrəmanımız vətənə döndü  - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar