Ru
12:56 / 22 Noyabr 2025

Kölgə təhsili sistemi yox olacaqmı? – Müəllimlərin iş qrafiki ilə bağlı yeni təkliflər

Kölgə təhsili sistemi yox olacaqmı? – Müəllimlərin iş qrafiki ilə bağlı yeni təkliflər
Eye

Bakupost.az-ın “Yaxın Plan” verilişində, aparıcı jurnalist Şəbnəm Turanın təqdimatında müəllimlərin iş qrafiki ilə bağlı yeni təkliflər geniş müzakirə olunub.

Proqramın qonaqları – fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev və təhsil eksperti Elçin Əfəndi – yeni modelin mümkün təsirləri və mövcud çağırışlar barədə fikirlərini bölüşüblər.

Etibar Əliyev infrastruktur və hazırkı texniki imkanların yetərsizliyinə diqqət çəkərək bildirib:

“Yeni sistemin tətbiqi üçün bizim texniki və infrastruktur imkanlarımız məhduddur. Təhsil modelimizi dünyanın TOP 5 lider ölkəsi ilə müqayisə etsək, bunun üçün çox uzun zaman və ciddi düşüncə dəyişikliyi lazımdır.”

Təhsil eksperti Elçin Əfəndi isə kölgə təhsili və müəllimlərin sosial təminatına toxunub:

“Kölgə təhsili sisteminin tamamilə yox olması müəllimlərin həyat şəraitini və təminatını köklü şəkildə dəyişəcək. Bu məsələ yalnız təhsil deyil, ölkənin sosial və iqtisadi reallıqları ilə də bağlıdır”.

Qonaqların ümumi mövqeyinə görə, təklif olunan yeni iş qrafiki modeli yalnız texniki baza ilə deyil, həm də genişmiqyaslı sosial islahatlar və təhsil yanaşmasının dəyişməsi ilə mümkün ola bilər.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar