Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində altı nəfər ölüb.
BakuPost RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Kolumbiya Hərbi Hava Qüvvələri düşmüş helikopterin tapıldığını təsdiqləyib.
Bildirilir ki, helikopter işlək vəziyyətdə olub və prezidentin daşınması üçün bir neçə dəfə istifadə edilib. 2017-ci ildə isə Roma Papası Fransisk də öz səfəri zamanı bu helikopterdən istifadə edib.
“RCN” radiostansiyasının məlumatına görə, “Bell 412” helikopteri cümə axşamı Kundinamarka bölgəsindəki Palankero aviabazasından uçduqdan sonra radarlardan itib.
Qəzanın səbəbləri hələ bilinmir, araşdırma aparılır.