15–25 iyul tarixlərində İtaliyanın Salerno şəhərində keçirilən Avropa Universitet Oyunlarında ölkəmizi Azərbaycan İdman Akademiyasının futbol komandası təmsil edir.
"Bakupost" xəbər verir ki, komandamız qrup mərhələsində Norveç təmsilçisini 4:2 hesabı ilə məğlub edərək yarışın dörddəbir final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, Azərbaycan İdman Akademiyasının komandasının Avropa Universitet Oyunlarında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə təmin olunub.