Ru
19:38 / 30 Sentyabr 2025

"Kopenhagen"in baş məşqçisindən “Qarabağ” açıqlaması

"Kopenhagen"in baş məşqçisindən “Qarabağ” açıqlaması
Eye

"Kopenhagen" komandası "Qarabağ"a hörmət edir.

Bakupost.az xəbər verir ki, bunu Danimarkanın "Kopenhagen" komandasının baş məşqçisi Yakob Neestrup Bakıda mətbuat konfransında deyib.

Mütəxəssis "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Stadionun ot örtüyü yaxşı ola bilərdi. Amma bu bəhanə deyil. Normaldır. Məqsədimiz qələbə qazanmaqdır. Rəqibimizə hörmət edirik. Çempionlar Liqasındakı bütün komandalar güclüdür. "Qarabağ" avrokuboklarda mütəmadi çıxış edir. Onların hücum xəttində yaxşı oyunçular var. Səyahətimiz yaxşı keçib və sabahkı matça tam hazırıq".

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar