Ru
18:10 / 30 Sentyabr 2025

Yeni general-mayor Anar İsmayılov kimdir? - DOSYE

Yeni general-mayor Anar İsmayılov kimdir? - DOSYE
Eye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə polkovnik Anar Müslüm oğlu İsmayılova general-mayor ali hərbi rütbəsi verilib.

Bakupost.az xəbər verir ki, Anar İsmayılov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşıdır.

52 yaşlı yeni general 44 günlük Vətən müharibəsində son dərəcə əhəmiyyətli olan rabitə əlaqələrinin yaradılmasında xüsusilə fərqlənən şəxslərdəndir.

Müharibədən sonra A.İsmayılov Prezidentin Sərəncamı ilə “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

O, hazırda həmin Dövlət Xidmətində Baş idarə rəisidir.



Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 44 günlük Vətən müharibəsi dövründə istər ön cəbhədə hərbi hissələrin döyüş əməliyyatları üçün son dərəcə əhəmiyyətli olan rabitə əlaqələrinin yaradılmasında, istərsə də arxa cəbhədə dövlət informasiya resurslarına olan kiberhücum cəhdlərinin qarşısının alınmasında xüsusilə fərqlənən əməkdaşları sırasında Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə təltif edilənlər sırasında Anar İsmayılov da olub. O, 2021-ci ildə "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar