Ru
11:27 / 01 İyul 2026

"Qarabağ" bir gündə 2 oyun keçirəcək

"Qarabağ" bir gündə 2 oyun keçirəcək
Eye

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün daha iki yoxlama oyunu keçirəcək.

"Bakupost" xəbər verir ki, Ağdam təmsilçisi əvvəlcə Ukraynanın "Xarkov" klubu ilə üz-üzə gələcək.

Oyun Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qurban Qurbanovun komandası 2-ci matçında "Ferentsvaroş"la qarşılaşacaq. Macarıstan klubu ilə görüş saat 19:30-da start götürəcək.

Xatırladaq ki, "Qarabağ" Avstriyadakı ilk yoxlama oyununda yerli "Tirol" klubuna 4 cavabsız qolla qalib gəlib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar