Ru
20:35 / 30 Sentyabr 2025

Sabah İtaliya- Azərbaycan Universiteti açılır

Sabah İtaliya- Azərbaycan Universiteti açılır
Eye

Sabah Bakıda İtaliya- Azərbaycan Universitetinin açılışı olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Azərbaycan Prezidenti İlham Əliyev italiyalı həmkarı Sercio Mattarella ilə geniş tərkibdə görüşü zamanı məlumat verib.

“Sabah da çox gözəl tədbir olacaq – biz İtaliya-Azərbaycan Universitetinin yeni binasının açılışında birlikdə iştirak edəcəyik. Bu, əslində, bizim bir dostluq layihəmizdir və layihənin başlamasından icrasına qədər cəmi üç il vaxt keçib. 2022-ci ildə mənim tərəfimdən müvafiq Sərəncam verilmişdir və artıq yüzlərlə tələbə təhsilə cəlb edilib.

Əlbəttə ki, onlar İtaliya-Azərbaycan dostluğunun elçiləri olacaqlar. Həm gözəl təhsil alacaq, həm də ki, bizim aramızdakı dostluğu daha da möhkəmləndirəcəklər”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar