Rusiya pilotsuz təyyarələri Macarıstanın hava məkanında görünsə, onları məhv edəcəyik.
Bakupost.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
“Biz PUA-lardan qorxmuruq, onları mütləq vuracağıq.
Orbanın sözlərinə görə, bəzi Avropa ölkələrinin Rusiya PUA-larının hava məkanını pozmasına reaksiyası düzgün deyil. O, Avropanın Rusiyadan hər cəhətdən güclü olduğunu vurğulayıb:
“Mən başa düşmürəm ki, niyə biz özümüzü zəif kimi göstəririk. Rusiya bizimlə müqayisədə həm hərbi, həm iqtisadi, həm də say baxımından zəifdir”.