Ru
22:54 / 30 Sentyabr 2025

Bu il Azərbaycana ən çox valyuta gətirən şirkətlər – SİYAHI

Bu il Azərbaycana ən çox valyuta gətirən şirkətlər – SİYAHI
Eye

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2,4 milyard dollar olub.

Bakupost.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3% artıb.

Qeyri-neft sektoru üzrə ixrac olunan malların siyahısında qızıl (210,7 milyon dollar) birinci, pomidor (157,2 milyon dollar) ikinci, pambıq lifi (124,7 milyon dollar) üçüncü yerdə qərarlaşıb.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft ixracında əsas tərəfdaş ölkələr Rusiya (814,1 milyon dollar), Türkiyə (394,5 milyon dollar), İsveçrə (220,2 milyon dollar), Gürcüstan (216,4 milyon dollar) və Ukrayna (131,8 milyon dollar) olub.

Qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluğa aşağıdakı şirkətlər daxil olub:

“Prime Cotton” MMC (84 milyon dollar);

“AIMKL”in Azərbaycan Respublikasındakı nümayəndəliyi (74,7 milyon dollar);

“Baku Steel Company” QSC (41,3 milyon dollar);

“Export Stream” MMC (40,2 milyon dollar);

“Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC (39,3 milyon dollar);

“UYTROP” MMC (28,9 milyon dollar);

“P-AQRO” MMC (26,7 milyon dollar);

“STP Alüminium” MMC (25,9 milyon dollar);

“TABATERRA” QSC (23 milyon dollar);

“Şahdağ SY” MMC (21,9 milyon dollar).

Yeniavaz.com


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar