Ru
21:57 / 30 Sentyabr 2025

Bir şagird zarafat etdi, 15 nəfər yaralandı - Məktəbdə İNSİDENT

Bir şagird zarafat etdi, 15 nəfər yaralandı - Məktəbdə İNSİDENT
Eye

Türkiyədə şagirdin zarafatına görə 15 nəfər xəsarət alıb.

Bakupost.az Lent.az-a istinadla bildirir ki, hadisə Kayseri şəhərinin Məlikqazi qəsəbəsindəki Hikmət Kozan orta məktəbində baş verib.

Şagirdlərdən biri zarafat üçün yanğın düyməsini basıb. Həyəcan siqnalı işə düşüb və hər kəs təlaş içində məktəbi tərk etməyə çalışıb. Nəticədə pilləkənlərdə izdiham yaranıb. İzdiham zamanı 15 nəfər yıxılaraq, yaxud əzilərək xəsarət alıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Bəzi yaralılara yerində tibbi yardım göstərilib. Bəziləri isə xəstəxanaya aparılıb.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar