Ru
22:46 / 30 Sentyabr 2025

Bizi çətin oyun gözləyir - “Kopenhagen”in qapıçısı

Bizi çətin oyun gözləyir - “Kopenhagen”in qapıçısı
Eye

“Kopenhagen”in qapıçısı Dominik Kotarski UEFA Çempionlar Liqası Liqa mərhələsinin II turunun "Qarabağ"la matçından öncə mətbuat konfransında iştirak edib.

Bakupost.az Qafqazinfo-ya istinadla xəbər verir ki, xorvatiyalı qolkiper onları çətin oyunun gəzlədiyini bildirib:

“Stadionda məşq etdik. Ot örtüyü heç də yaxşı durumda deyil. Amma rəqibimiz də bu stadionda oynayacaq, şərtlər bərabərdir. Sabah bizi çətin oyun gözləyir. Qarabağ olduqca güclü təqibdir. Qalib gəlməyə çalışacağıq”.

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” qarşılaşması sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar