Xəbər verdiyimiz kimi, sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda “Qarabağ” öz meydanında “Kopenhagen”lə qarşılaşacaq. Oyun öncəsi azarkeşlər üçün xüsusi sürprizin təqdim olunacağı açıqlanıb.
Bakupost.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesablarında məlumat paylaşılıb.
Detallar açıqlanmasa da, “Qarabağ” rəhbərliyi azarkeşləri stadionda unudulmaz atmosferin gözlədiyini bildirib.
Matç Bakı Olimpiya Stadionunda keçiriləcək.