Macarıstan Prezidenti Tamas Sulyok oktyabrın 1-də Qazaxıstanın paytaxtı Astanaya səfər edəcək.
Bakupost.az xəbər verir ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin dəvəti ilə baş tutacaq üç günlük səfər çərçivəsində iki ölkənin liderlərinin görüşü keçiriləcək.
Görüş zamanı Qazaxıstan və Macarıstan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi perspektivləri müzakirə olunacaq.
Dövlət başçıları həmçinin “Digital Bridge 2025” beynəlxalq forumunun plenar iclasında iştirak edəcəklər.