Ru
13:44 / 04 Sentyabr 2025

Kriminal mahnıya görə işdən çıxarılan direktorun yerinə təyinat

Kriminal mahnıya görə işdən çıxarılan direktorun yerinə təyinat
Eye

Samux rayonu İnstitut qəsəbə məktəbinə yeni direktor təyin edilib.

Bakupost.az modern.az-a istinadla xəbər verir ki, sözügedən vəzifəyə Natiq Əmirov gətirilib.

O, bundan əvvəl Göygöl rayonu Fəxrəddin İmamquliyev adına Yalqışlaq kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, ötən sözügedən məktəbdə keçirilən "Son zəng" tədbirində kriminal həyat tərzini təbliğ edən mahnının səsləndirilməsi barədə görüntülər yayılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasəb direktor ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. O, daha sonra məhkəməyə üz tutsa da, işə bərpa edilməyib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar