Ru
12:14 / 30 Yanvar 2026

Kriptovalyuta bazarında zəlzələ – 24 saatda 8000 dollardan çox itki

Kriptovalyuta bazarında zəlzələ – 24 saatda 8000 dollardan çox itki
Eye

Kripto valyuta bazarı yanvar ayının sonunda kəskin dalğalanmalarla qarşı-qarşıya qalıb.

Bakupost.az “Bloomberg”ə istinadən xəbər verir ki, bazarın ən böyük kripto aktivi “Bitcoin” son 24 saata təxminən 6% ucuzlaşaraq 90.000 dollardan 82.000-in altına düşüb. Bu yanvar ayında 4-cü ucuzlaşmadır.

Bu gün “Bitcoin” qiyməti təxminən 81.190 dollara geriləyərək son iki ayın ən aşağı səviyyəsini görüb. Bu ucuzlaşmaya “Bitcoin” ETF-lərindən milyardlarla dollar çıxışın baş verməsi mühüm rol oynayıb.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar