Ru
19:01 / 13 Yanvar 2026

Kütləvi etirazlar: Britaniya İran səfirini çağırdı

Kütləvi etirazlar: Britaniya İran səfirini çağırdı
Eye

Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper İran səfirini çağırıb.

Bakupost.az xəbər verir ki, bu barədə "Sky News" xəbər yayıb.

Kuperin sözlərinə görə, qərar etirazçılara qarşı zorakılıq tətbiqi ilə bağlı daxil olan xəbərlər fonunda qəbul olunub.

O bildirib ki, onun tapşırığı ilə Yaxın Şərq məsələləri üzrə nazir səfiri çağırıb ki, situasiyanın bütün ciddiliyini vurğulamaq və Britaniya tərəfinin aldığı dəhşətli xəbərlərlə bağlı İrandan izahat tələb etmək mümkün olsun.

İcmalar Palatasında çıxış edən Kuper Londonun etirazçıların amansızcasına qətlə yetirilməsini ən sərt şəkildə pislədiyini vurğulayıb.

Bundan bir gün əvvəl İvett Kuper iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı apararaq, Böyük Britaniya tərəfindən Tehranın hərəkətlərinin tamamilə qəbul edilmədiyini bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar