Ru
19:53 / 13 Yanvar 2026

Bakıda böyük söküntü başlayır - Bu evlər PLANA DÜŞDÜ

Bakıda böyük söküntü başlayır - Bu evlər PLANA DÜŞDÜ
Eye

Azərbaycanın müxtəlif ərazilərində infrastrukturun yenilənməsi həyata keçirilən sahələrdə mühafizə zonaları yaradılır.

Bakupost.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

V.Orucov bildirib ki, artıq Ağdaş və Şəmkirdə təhlükəli ərazilərdə yerləşən fərdi yaşayış evlərinin köçürülməsinə başlanılacaq.

"Bunun üçün müvafiq qurum tərəfindən iki tender elan olunub. Bu satınalmalarda qeyd olunan ərazilərdəki fərdi yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərindən alınması nəzərdə tutulur. Onların köçürülməsi zamanı ödəniləcək kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün qiymətləndirmə fəaliyyətinin satın alınması istiqamətində də işlər görülüb. Bu, olduqca vacib məsələdir".

Sədr qeyd edib ki, məlum olduğu kimi, Bakıda kanalizasiya magistrallarının istismarını çətinləşdirən, hətta mümkünsüz hala gətirən 1600-dən çox fərdi yaşayış evi və digər tikililər mövcuddur.

"Bu evlərin və tikililərin yağış sularından zərər görməməsi üçün köçürülməsi zəruridir. Dövlət bu baxımdan həmin ərazilərdə yaşayanlara və tikililərin sahiblərinə kompensasiya ödəyərək köçürülməni həyata keçirəcək. Bu prosesdə qiymətləndirmənin böyük önəmi var. Bütün hallarda həmin ərazilərdə yaşayanlara əvvəlcədən məlumat veriləcək. Belə ki, 1600-dən çox fərdi yaşayış evi və ya digər tikilinin köçürülməsi böyük məbləğdə kompensasiya və zaman tələb edir. Yağış sularından təhlükəsizliyin təmin edilməsi baxımından bu addımların atılması çox vacibdir. Düşünürəm ki, bunun üçün satınalmaların elan olunmasına ehtiyac var".

Şərhlər
  • Xudiyev Elçin

    Sabunçu rayonu, Musabəyov küçəsində yerləşən yaşayış evləri ilə bağlı . Qeyd etmək istəyirəm ki, sözügedən ərazidə yerləşən yaşayış evləri artıq çox köhnəlmiş, fiziki cəhətdən yararsız vəziyyətə düşmüşdür

  • Sabina

    Salam Papanin kimi tanınan ərazidədə Nəsimi qaz istismarı idarəsinin inzibati binasından Papanin körpüsünə qədər olan ərazidədə MKİ bəzi nümayəndələrlə keçən il gəlib söküntü barədə məlumat verib. Lakin hələ bir xəbər yoxdur. Bu ərazidə söküntü olub-olmayacağı barədədə məlumat verilsəydi yaxşı olardı. Gah deyilir söküləcək, gah deyilir dayandırılıb. Niyə camaatla oynayırlar?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar