Ru
20:11 / 13 Yanvar 2026

Məktəb direktoru avtomobillə piyadanı vurdu

Məktəb direktoru avtomobillə piyadanı vurdu
Eye

Cəlilabadda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bədirli kəndində qeydə alınıb.

Rayonun Babaxanlı kənd sakini Ziyatay Uruf oğlu Zeynalov idarə etdiyi avtomobillə Bədirli kənd sakini, piyada Xudu Abdulla oğlu Əliyevi vurub. Xəsarət alan piyada təcili tibbi yardım avtomobili ilə xəstəxanaya hospitalizasiya olunub.

Həkimlər X.Əliyevin vəziyyətinin ağır olduğunu bildiriblər.

Qeyd edək ki, Ziyatay Uruf oğlu Zeynalov Babaxanlı kənd orta məktəbinin direktorudur.

Faktla bağlı araşdırma aparılır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar