"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin mart ayında çatdırılma ilə gümüş füçerslərinin qiyməti tarixi maksimumunu yeniləyib və trua unsiyası üçün 87 dolları keçib.
Bakupost.az xəbər verir ki, bu, ticarət platformasının məlumatlarından irəli gəlir.
Bakı vaxtı ilə saat 16:59-a olan məlumata görə, qiymətli metalın dəyəri 1.27% artaraq trua unsiyası üçün 86.17 dollara çatıb.
Bakı vaxtı ilə saat 17:11-ə gümüşün qiyməti trua unsiyası üçün 87.45 dollara (+2.3%) çatıb.
Eyni zamanda, "Comex" birjasında 2026-cı ilin fevral ayında çatdırılma ilə qızıl füçerslərinin trua unsiyası üçün 4 606.8 dollar (-0.17%) təşkil edib.