Biləsuvar rayonundan olan onlarla fermer kənd təsərrüfatı subsidiyalarını ala bilmirlər.
Onlar bu barədə Bakupost TV-yə şikayətlərində bildiriblər. Şikayətçilərin sözlərinə görə, məsələ ilə bağlı artıq ölkə rəhbərliyinə müraciət ediblər. Onlara dekabrın 29-da torpaqların analiz olunmadığı bildirilib və dərhal analiz pulunun ödənilməsi tələb olunub.
Şikayətçilər deyir ki, pambıq məhsulunu vaxtında təhvil versələr də, ödəniş ala bilməyiblər, çətin durumda qalıblar. Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxladıq.
Qurumdan bildirildi ki, fermerlərin müraciəti araşdırılıb, onların üzləşdikləri çətinliklərin iki istiqamət üzrə olduğu müəyyən edilib.
Nazirlikdən o da bildirilib ki, fermerlərin pambığın ödənişini ala bilməmələri də bu qurumun səlahiyyətlərinə aid deyil. Əkin prosesləri, məhsulun becərilməsi, təhvil verilməsi və fermerlərə ödənişlər birbaşa vətəndaşla tədarükçü şirkət arasında imzalanmış müqavilə əsasında tənzimlənir. Fermerlər bu məsələni müqavilə bağladıqları şirkətlə həll etməlidirlər.