Ru
08:52 / 15 Yanvar 2026

Lənkəranda fərdi evdə yanğın - VİDEO

Lənkəranda fərdi evdə yanğın - VİDEO
Eye

Lənkəran rayonunun Viravul kəndində fərdi yaşayış evində yanğın olub.


Bakupost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 200kv.m. olan dördotaqlı evin bir otağının yanar konstruksiyaları 12kv.m. sahədə yanıb.
Evin böyük hissəsi yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar