Ru
09:30 / 15 Yanvar 2026

Səhhətində problem olan sürücü qəza törətdi - Ölən və yaralanan var - VİDEO

Səhhətində problem olan sürücü qəza törətdi - Ölən və yaralanan var - VİDEO
Eye

Qaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Bakupost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, rayon sakini Seyfəddin Əhmədov taksi xidməti göstərdiyi "VAZ-21015" markalı avomobillə Zaqatala rayonu ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb və maneəyə çırpılıb.

S. Əhmədov və müştəri qismində daşıdığı sərnişini xəstəxanaya çatdırılsa da, sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Yaxınlarının və şahidlərin bildirdiyinə əsasən hadisəyə səbəb xəstəlikdən əziyyət çəkən S. Əhmədovun səhhətinin qəflətən pisləşməsi ehtimal edilir.

"Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar bu qəbildən olan hadisələrin sayının artmasını nəzərə
alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir.

Belə hallarla mübarizədə yaxın ətrafın rolu olduqca əhəmiyyətlidir. Xüsusilə ailə üzvlərindən xahiş olunur ki, səhhətində problem olan doğmalarının sükan arxasına keçməsinin qarşısını alsınlar", - məlumatda vurğulanıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar