Ru
22:47 / 23 Sentyabr 2025

Lənkəran məktəbində tədris prosesinin pozulmasına aydınlıq gətirildi

Lənkəran məktəbində tədris prosesinin pozulmasına aydınlıq gətirildi
Eye

Lənkəran şəhər 10 nömrəli tam orta ümumtəhsil məktəbində təhsil oktyabr ayından davam edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə APA-nın cənub bürosuna Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev məlumat verib. Direktorun sözlərinə görə ötən günlərdə bir neçə vətəndaş şəxsi müraciətləri əsasında sözügedən məktəbin təmir işlərinin gecikməsini və nəticədə məktəbdə tədris prosesinin pozulması ilə əlaqədar narahatlıqlarını bildirmişdir. "Nəzərinizə çatdırım ki, məktəbdə aparılan cari təmir işləri çərçivəsində dam örtüyü, pəncərələr və sanitar qovşaqlar yenilənir".

Artıq dam örtüyü tamamilə dəyişdirilmiş, pəncərələr yeniləri ilə əvəz olunmuş, sanitar qovşaqlarda isə işlər yekunlaşmaq üzrədir.

1 oktyabr 2025-ci il tarixindən etibarən Lənkəran şəhər 10 nömrəli tam orta ümumtəhsil məktəbi öz fəaliyyətini yenidən əsas binasında davam etdirəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar