Ru
13:47 / 27 Fevral 2026

“Londondakı 5+1 formatı Mərkəzi Asiya üçün balansdır” – Politoloq

“Londondakı 5+1 formatı Mərkəzi Asiya üçün balansdır” – Politoloq
Eye

“Londonda Böyük Britaniya və Mərkəzi Asiya xarici işlər nazirlərinin 5+1 formatında görüşü keçirilib. Bu format son illərdə xeyli populyarlaşıb.”

Bakupost.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu açıqlamasında bildirib.

Politoloq bildirib ki, Qərb ölkələri Mərkəzi Asiya dövlətlərinin liderləri və digər rəsmiləri üçün ayrı-ayrılıqda səfərlər təşkil etməkdənsə toplam şəkildə görüş və müzakirələrə üstünlük verirlər: “Bunun bir neçə səbəbi var. Birincisi, 5+1 formatında görüş və müzakirələr vaxt itkisinin qarşısını alır. İkincisi, Qərb ölkələri 5+1 formatından istifadə edərək Mərkəzi Asiya ölkələrinin xarici siyasət və təhlükəsizlik məsələlərinə vahid mövqedən yanaşmalarını təmin etdiklərini düşünürlər”.



E.Şahinoğlunun sözlərinə görə, Mərkəzi Asiya ölkələrinin hər birinin yatırımlara ehtiyaclar var: “Bu ölkələrin əsas yatırmçısı Çindir. Ancaq Çindən olan yatırımlar Mərkəzi Asiya ölkələrini Pekindən asılılıqlarını artırır. Buna görə də Mərkəzi Asiya ölkələri Qərb ölkələrinin də yatırımlarını cəlb etməyə çalışırlar ki, idxal-ixrac əməliyyatlarında balansın yaradılmasını təmin edə bilsinlər. Bu yanaşma ABŞ və Avropa ölkələrinin də maraqlarına cavab verir. Bu səbəbdən ABŞ və Avropa ölkələri Mərkəzi Asiya ölkələri ilə müxtəlif sazişlər imzalayır və ortaq iqtisadi layihələrin reallaşmasına çalışırlar. Böyük Britaniya Mərkəzi Asiya ilə əməkdaşlığını həm də ona görə genişləndirmək istəyir ki, Rusiyanın və Çinin bölgəyə təsir imkanlarını azalda bilsin. Londonda 5+1 formatıyla yanaşı Böyük Britaniya rəsmiləri Mərkəzi Asiya dövlətlərinin xarici işlər nazirləri ilə ikili görüşlər də keçiriblər. Bu Böyük Britaniyanın Mərkəzi Asiya dövlətlərinin hər birinə fərqi yanaşdığını göstərir. Böyük Britaniya Mərkəzi Asiya ölkələrində təhsil mərkəzləri açmağı da planlaşdırır”.

“Böyük Britaniya ABŞ və Avropa İttifaqı kimi Mərkəzi Asiya resurslarına maraq göstərir. Böyük Britaniya bu resurslardan fayadalanmaq məqsədilə Transxəzər marşutuna ehtiyac duyacaq. Bu baxımdan London Bakı ilə strateji tərəfdaşlığı gücləndirmək əzmindədir. Təsadüfi deyil ki, Böyük Britaniyanın Mərkəzi Asiya və Azərbaycan üzrə ticarət nümayəndəsi Lord Con Olderdays bir müddət əvvəl bölgəyə səfərinə Azərbaycandan başlamışdı”, – deyə Elxan Şahinoğlu bildirib.


Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar