Ru
15:14 / 14 İyun 2018

Lotu Quli “qanuni oğru”nun adını əlindən aldı - Lənkəranski taclandırmışdı

Lotu Quli “qanuni oğru”nun adını əlindən aldı -  Lənkəranski taclandırmışdı
Eye

Bir qədər əvvəl İstanbulda Lotu Qulinin iştirakıyla keçən toy mərasimindən sonra qanuni oğrular arasında "skodka” keçirilib.



BakuPost Musavat-a istinadən məlumatına görə, Niko Qaqrinskinin toyundan sonra Quliyə yaxın "qanuni oğrular” bir yerə yığışaraq öz aralarında oğru dünyasıyla bağlı bir sıra qərarlar qəbul ediblər.



Sonda üç qanuni oğrunun - Revaz Ubilava (Revaz Cavarski), Lvasoqlu Batumskinin və Lesko Qalskinin oğru adına xitam verilib.



Məlumata görə, hər 3 oğru mərhum Rövşən Lənkəranski klanına daxil idi. Onlardan biri, Revaz Ubilava (Revaz Cavarski) oğru aləmində ən gənci idi. 25 yaşlı Cavarskini Lənkəranski şəxsən taclandırmışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar