Ru
11:19 / 14 Avqust 2025

"Lukoil”un neft emalı zavodu vuruldu - VİDEO

"Lukoil”un neft emalı zavodu vuruldu -  VİDEO
Eye

Rusiyanın Volqoqrad şəhərindəki neft emalı zavodu gecə saatlarında dron hücumuna məruz qalıb, nəticədə müəssisədə neft sızması və yanğın baş verib.

Bakupost.az xəbər verir ki, bu barədə Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov məlumat yayıb.

“Bu gecə Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Volqoqrad vilayətinə edilmiş kütləvi PUA hücumunun qarşısını alıb,” – deyə Boçarov bildirib.

“PUA qalıqlarının düşməsindən sonra Volqoqrad Neft Emalı Zavodunda neft məhsulları tökülərək alışıb. Yanğınsöndürənlər dərhal yanğının söndürülməsinə başlayıblar”.

Qeyd edək ki, Rusiyanın neft nəhəngi “Lukoil”ə məxsus olan Volqoqrad neft emalı zavodu genişmiqyaslı müharibə dövründə bir neçə dəfə hədəfə alınıb.

Aysel,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar