Ru
10:32 / 27 Avqust 2021

Malazgirt zəfərinin 950-ci ildönümü təntənəli şəkildə qeyd olundu - VİDEO

1299
Türkiyədə Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə müəyyən olunmuş təntənəli yubiley tədbirləri möhtəşəm şəkildə təşkil olunub.

Bakupost.az xəbər verir ki, Azərbaycan mədəniyyətini tanıtmaq üçün nəzərdə tutulan çadır Bitlis vilayətinin Ahlat rayonu ərazisində mərasimlərin keçirildiyi ən cəlbedici məkanda qurulub.

3 gün davam edən tədbir çərçivəsində çərpələng uçuşları, uşaq oyunları, oxçular, atlı oxçular, cıdır yarışları, dəri sənəti və s. bölmələr fəaliyyət göstərib.

Avqustun 24-də Azərbaycan çadırının daxil olduğu bölmənin təqdimatı olub. Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Qars şəhərindəki baş konsulu Nuru Quliyev, yerli ictimaiyyətin nümayəndələri, KİV və QHT təmsilçiləri iştirak ediblər.



Yerli hakimiyyət orqanlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri Azərbaycan çadırını ziyarət edib, ölkəmizə və xalqımıza məhəbbətlərini ən həssas yanaşmalarla tərənnüm ediblər.



Qeyd edək ki, Malazgirt döyüşləri 1071-ci ilin avqustunda Səlcuqlar dövləti ilə Bizans imperiyası arasında baş verib və türklərin qələbəsi ilə yekunlaşıb.

Malazgirt zəfərinin 950-ci ildönümünə həsr edilmiş tədbirdən qısa reportajı təqdim edirik:



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər