Ru
13:37 / 17 Sentyabr 2019

Masallıda ağır qəza - Polis leytenantı öldü

Masallıda ağır qəza -  Polis leytenantı öldü
Eye

Masallı rayonunda yol qəzası olub.


Hadisə Ələt-Astara magistralının rayonun Sərçuvar kəndindən keçən hissəsində qeydə alınıb.


Belə ki, Bakı şəhəri sakini, 1986-cı il təvəllüdlü polis leytenantı Mehdi Böyükağa oğlu Əhmədovun idarə etdiyi "VAZ 2107" markalı 99 ME 637 dövlət qeydiyyatı nişanlı avtomobil Lənkəran rayonu, Girdəni kənd sakini, 1952-ci il təvəllüdlü Kamal Cəfər oğlu Fətullayevin idarə etdiyi "KAMaz" markalı 42 BL 695 dövlət qeydiyyatı nişanlı yük avtomobili ilə toqquşub. Nəticədə "VAZ 2107"nin sürücüsü ağır bədən xəsərətləri alıb.


Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılan M.Əhmədovun həyatını xilas etmək mümkün olmayıb. O, bir neçə saatdan sonra xəstəxanada ölüb.



Faktla bağlı araşdırma aparılır.


(report)


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar